top of page

Laparoskopik kista əməliyyatı: neçə saat çəkir və nə qədər xəstəxanada qalmalı?

Yazarın fotoğrafı: Birsayt az
Birsayt az
20 Eki
1 dakikada okunur

Yumurtalıq kistalarının böyük əksəriyyəti bu gün laparoskopiya ilə çıxarılır. Bu yazıda pasiyentlərin ən çox soruşduğu praktik suallara cavab veririk.


Əməliyyat nə qədər çəkir?


Kistanın ölçüsündən, növündən və bitişmələrin olub-olmamasından asılı olaraq laparoskopik kista əməliyyatı adətən 30–90 dəqiqə çəkir. Anesteziyaya hazırlıq və oyanma vaxtı buna əlavə olunur.


Xəstəxanada nə qədər qalmalı?


Əksər pasiyentlər elə həmin gün və ya ertəsi gün evə buraxılır.


Yumurtalıq qorunurmu?


Xoşxassəli kistalarda məqsəd yalnız kistanı çıxarıb sağlam yumurtalıq toxumasını qorumaqdır. Bu, xüsusən gənc və hamiləlik planlaşdıran qadınlar üçün vacibdir. Yumurtalığın çıxarılması əsasən çox böyük kistalarda, menopauzadan sonra və ya bədxassəli şübhə olduqda nəzərdən keçirilir. Şübhəli kistalarda əməliyyatın onkoginekoloq tərəfindən aparılması tövsiyə olunur.


Bərpa


  • İlk 1–2 gün kəsik yerlərində ağrı və çiyin ağrısı normaldır

  • Yüngül gündəlik işlərə bir neçə günə qayıtmaq olar

  • Oturaq işə adətən 1–2 həftəyə qayıdılır

  • Ağır idman və yük qaldırma həkimin icazəsindən sonra


Əməliyyatdan sonra


Çıxarılan kista histoloji müayinəyə göndərilir. Kontrol görüşdə nəticə müzakirə olunur. Bəzi kista növlərində, məsələn endometriomada, təkrarlanmanın qarşısını almaq üçün əlavə müalicə tövsiyə oluna bilər.



Qeyd: Bu məqalə yalnız məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə üçün mütəxəssisə müraciət edin.

 
 
 

Yorumlar


bottom of page