Cərrahi menopauza: yumurtalıqlar çıxarıldıqdan sonra nə baş verir?

Menopauzadan əvvəl hər iki yumurtalıq çıxarıldıqda orqanizmdə estrogen səviyyəsi birdən azalır. Bu vəziyyət cərrahi menopauza adlanır. Təbii menopauzadan fərqli olaraq əlamətlər qəfil başlayır və çox vaxt daha güclü olur.
Hansı hallarda baş verir?
Yumurtalıq xərçəngi və ya şübhəli törəmələr
BRCA mutasiyası səbəbindən profilaktik əməliyyat
Bəzi endometrium xərçəngi halları
Ağır endometrioz – seçilmiş hallarda
Əlamətləri
İsti basmaları və gecə tərləmələri
Yuxu pozğunluğu, əhval dəyişkənliyi
Uşaqlıq yolu quruluğu, cinsi istəyin azalması
Yaddaş və diqqətdə çətinlik
Uzunmüddətli risklər
Erkən yaşda estrogenin itirilməsi sümük sıxlığının azalması (osteoporoz) və ürək-damar xəstəlikləri riskini artırır. Ona görə bu qadınlarda sümük sağlamlığına və ürək-damar risk amillərinə xüsusi diqqət yetirilir.
Hormon müalicəsi
Əks göstəriş olmadıqda, cərrahi menopauzaya düşmüş gənc qadınlara çox vaxt təbii menopauza yaşına qədər hormon əvəzedici müalicə tövsiyə olunur. Lakin bəzi hormona həssas xərçənglərdə bu müalicə uyğun olmaya bilər. Qərarı onkoginekoloq ilə birlikdə verin. Hormonsuz müalicə seçimləri də mövcuddur.
Ətraflı oxuyun: Hormon əvəzedici terapiya və xərçəng riski · BRCA mutasiyası
Qeyd: Bu məqalə yalnız məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə üçün mütəxəssisə müraciət edin.




Yorumlar