CA-125 yüksəkdirsə, xərçəng var deməkdir?

CA-125 qanda ölçülən bir zülaldır və çox vaxt yumurtalıq xərçəngi ilə əlaqələndirilir. Lakin yüksək CA-125 avtomatik olaraq xərçəng demək deyil. Bu analiz bir çox xoşxassəli vəziyyətlərdə də yüksələ bilər.
CA-125 hansı hallarda yüksəlir?
Endometrioz
Uşaqlıq mioması və adenomioz
Menstruasiya və hamiləlik
Çanaq orqanlarının iltihabi xəstəlikləri
Qaraciyər xəstəlikləri, ürək çatışmazlığı və qarın boşluğunda maye toplanması
Yumurtalıq, endometrium və bəzi digər xərçənglər
Normal hədd
Əksər laboratoriyalarda normal hədd 35 vahid/ml-ə qədərdir. Menopauzadan əvvəl xoşxassəli səbəblərlə yüngül yüksəlmə çox rast gəlinir. Menopauzadan sonra isə yüksək nəticə daha çox diqqət tələb edir.
CA-125 nə üçün istifadə olunur?
Şübhəli yumurtalıq törəməsinin risk qiymətləndirməsi – ultrasəs ilə birlikdə
Yumurtalıq xərçənginin müalicəsinə cavabın izlənməsi
Müalicədən sonra xəstəliyin təkrarlanmasına nəzarət
CA-125 şikayəti olmayan qadınlarda rutin skrininq üçün tövsiyə olunmur, çünki çoxlu yanlış həyəcan siqnalı verir.
Nəticəniz yüksəkdirsə
Panikaya düşməyin. Nəticə ultrasəs, digər analizlər, yaşınız və şikayətləriniz ilə birlikdə dəyərləndirilməlidir. Bunu ən doğru şəkildə onkoginekoloq edə bilər.
Ətraflı oxuyun: Yumurtalıq xərçəngi · Yumurtalıq kistaları
Qeyd: Bu məqalə yalnız məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə üçün mütəxəssisə müraciət edin.




Yorumlar